Modern.az

Baş nazirdən Bakı-İrəvan normallaşmasına REAKSİYA

Baş nazirdən Bakı-İrəvan normallaşmasına REAKSİYA

Aktual

4 Mart 2026, 12:48

Tbilisi regionda sülhün və təhlükəsizliyin qorunmasına töhfə verməyə hazırdır.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan baş naziri İrakli Kobaxidze ölkədə səfərdə olan erməni həmkarı Nikol Paşinyana ikitərəfli hökumətlərarası komissiyanın iclasının açılışında bildirib.

"Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin daha da normallaşdırılmasında maraqlıdır".

O əlavə edib ki, İrəvan və Tbilisi arasındakı strateji tərəfdaşlıq gələcəkdə əhəmiyyətli uğurlara imkan verəcək. Baş nazir qeyd edib ki, Ermənistan ardıcıl olaraq Gürcüstanın ən yaxşı on ticarət tərəfdaşı arasındadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyənin hədələnməsinə Bakıdan sərt cavab: Başınız üçün deyil!