Modern.az

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Aktual

Bu gün, 13:27

Rusiyanın Tehrandakı səfirliyi rusiyalıların İrandan çıxarılmasında göstərdikləri köməyə görə Azərbaycan hakimiyyət orqanlarına təşəkkür edib.

Modern.az-ın xəbərinə görə, bu barədə səfirlik öz "Telegram" kanalında paylaşım edib.

"İran ətrafında vəziyyətin gərginləşməsi fonunda Rusiya vətəndaşları Astara dövlət sərhədindən keçid məntəqəsindən keçməyə davam edirlər. Azərbaycanın hakimiyyət orqanlarına, Rusiya Fövqəladə Hallar Nazirliyinə və Rusiyanın Azərbaycandakı səfirliyinə göstərdikləri köməyə və davamlı dəstəyə görə təşəkkür edirik", - deyə paylaşımda bildirilib.

Səfirlik, həmçinin bu məsələdə göstərdiyi köməyə görə İran tərəfinə də təşəkkürünü ifadə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var