Cənab Prezidentin Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxışı zamanı olduqca vacib məsələlərə toxundu. Hər zaman olduğu kimi, bu dəfə də Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işlər nəzərdən keçirildi, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımlardan danışıldı.
Ötən illərə nəzər saldıqda, Azərbaycan və tərəfdaşları üçün enerji təhlükəsizliyinin nə qədər irəlilidiyinin şahidi oluruq.
Qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühim rol oynayır. Davamlı olaraq Avropa dövlətləri ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq edir. Cənab Prezident çıxışında bu məsələnin nə qədər önəmli və əhəmiyyətli olduğunu xüsusi olaraq qeyd etdi. Eyni zamanda xüsusi olaraq onu vurğuladı ki, Azərbaycan özünün qaz ixrac etdiyi ölkələrin sayını artırıb. Bu istiqamətdə artıq Suriyaya da öz qazını ixrac edir. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır .
Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin biri də yaşıl gündəlikdir. Bu istiqamətdə də müsbət nəticələr barədə danışıldı.
Yaşıl enerji məsələsi Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın son illər həyata keçirdiyi önəmli layihələrdən biridir. Azərbaycan bu prosesdə mühim rol oynayır. Məqsəd artıq yaşıl enerjidir. Çox qlobal layihələrə Azərbaycan imza atdığını görürük.
Cənab Prezidentin vurğuladığı kimi Azərbaycanın çox zəngin, böyük günəş enerjisi, külək enerjisi potensialı var. Artıq bildiyimiz kimi Qaradağda, Qarabağda və digər ərazilərdə bu istiqamətdə çox ciddi layihələr həyata keçirilir. Bu həm də ekoloji baxımdan önəmlidir. Burada ən vacib məsələ isə getdikcə dünyamızda daha çox elektrik enerjisinə tələbat olacaq. Azərbaycan dəniz vasitəsilə bu enerjinin ixracını planlaşdırır. Bu həm ekoloji, həm xərclər, həm də ölkəmizə əlavə vəsaitlərin cəlbi baxımından olduqca önəmli bir məsələdir. Bu gün biz neft-qaz ixracından vəsait qazanırıq. Gələcəkdə yaşıl enerji əsasında Azərbaycanın istehsal etdiyi elektrik enerjisini də biz artıq xaricə ixrac edəcəyik.
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı