Modern.az

“Entrust” və “AzInTelecom” arasında memorandum imzalandı - FOTO

“Entrust” və “AzInTelecom” arasında memorandum imzalandı - FOTO

Aktual

5 Mart 2026, 13:32

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində rəqəmsal identifikasiya, elektron imza, kriptoqrafik həllərin yaradılması üzrə ixtisaslaşmış qlobal texnologiya şirkəti “Entrust”ın nümayəndələri ilə görüş keçirib. 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt strategiyası çərçivəsində milli rəqəmsal identifikasiya, elektron imza və kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumat verilib. “Entrust” ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. 

Sonda “Entrust” və “AzInTelecom” arasında əməkdaşlığa dair memorandum imzalanıb.

“Entrust” və “AzInTelecom” arasında memorandum imzalanıb - FOTO

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?