Modern.az

İranın “şiə dünyası” ideyası zəifləməkdədir - Politoloq

İranın “şiə dünyası” ideyası zəifləməkdədir - Politoloq

Aktual

Bu gün, 11:42

"İranın ABŞ-la danışıqlara getməsinə Çin və Rusiyanın mane olması iddiası hələ təsdiqini tapmayıb. O qeyd edib ki, İran tərəfindən belə bir açıqlama verilməyib və əslində bu başa düşüləndir, çünki belə bir bəyanat onun "proksi" dövlət statusunu təsdiqləyərdi".

Bu sözləri Modern.az-a açıqlamasında politoloq Rufiz Hafizoğlu bildirib.

O qeyd edib ki, başqa prizmadan yanaşılarsa, görünər ki, İran elə "proksi" dövlət kimi fəaliyyət göstərir:

"Amma Çin və ABŞ-ın İranın danışıqlara getməməsinə təzyiq göstərməsi faktı inandırıcı görünmür. İran prezidenti Məsud Pezişyan müharibədən bir neçə gün əvvəl çıxış edərək bildirib ki, 12 günlük İran-İsrail müharibəsi zamanı yaxın müttəfiqlərdən dəstək görməyiblər. Bu isə İranın ən azından logistik dəstək gözlədiyini göstərir".

Politoloq əlavə edib ki, gələcəkdə Çin və Rusiyanın İran proseslərinə müdaxilə etmək ehtiyacı yarana bilər, lakin hazırkı vəziyyətdə faktiki olaraq belə bir müdaxilə baş vermir:

"İranda İslam hakimiyyəti qurulduğu vaxtdan ən çətin vəziyyət yaranıb. Yaxın Şərqdə İranın güclü müttəfiqləri qalmayıb, Hizbullah və HƏMAS kimi hərbi birləşmələr artıq gücünü itirib, Suriya isə İran üçün strateji dəstək rolunu itirib".

O bildirib ki, İranın uzun illər təlqin etdiyi “şiə dünyası” ideyası artıq zəifləməkdədir və regiondakı proksi birləşmələr demək olar ki, mövcud deyil:

"Bir tək Livan dəstək gücündə görünürdü. O da bu yaxınlarda bəyan edib ki, ölkədəki SEPAH üzvlərinin hamısı həbs olunacaq".

Politoloq əlavə edib ki, İranın müxtəlif dövlətlərə raket atması müharibədə uduzması fonunda qalib illüziyası yaratmaq məqsədini daşıyır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada