Modern.az

VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat başladı

VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat başladı

Aktual

Bu gün, 12:08

Bu gündən VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.

Modern.az xəbər verir ki, bu barədə "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə əlaqəli keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ötən beş il müddətində müsabiqə iştirakçı sayının artımı ilə yanaşı, həm də keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli irəliləyiş əldə edib, müxtəlif sahələri təmsil edən minlərlə namizəd üçün obyektiv qiymətləndirmə və inkişaf mühiti yaradıb:

"Builki müsabiqə üçün qeydiyyat aprelin 16-na kimi davam edəcək. Qeydiyyat "Yüksəliş" müsabiqəsinin rəsmi internet səhifəsi olan "yukselish.az" vasitəsilə həyata keçirilir".

Qeyd olunub ki, qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə malik Azərbaycan vətəndaşları müsabiqəyə qoşula bilərlər.

"Yüksəliş" müsabiqəsi qeydiyyat, ümumi biliklər imtahanı, analitik təhlil, idarəetmə bacarıqları, yarımfinal və final olmaqla, 6 mərhələdən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər "yukselish.az" rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər".

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada