Modern.az

Naxçıvanda imtahanların vaxtı DƏYİŞDİRİLDİ

Naxçıvanda imtahanların vaxtı DƏYİŞDİRİLDİ

Ölkə

6 Mart 2026, 15:48

15 mart 2026-cı il tarixində Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib və aprelin 19-da təşkil olunacaq.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

"Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər" - açıqlamada qeyd olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!