Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “ScaleAI” şirkətinin nümayəndələri ilə görüş keçirib.
Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.
Görüş zamanı Azərbaycanla “ScaleAI” arasında süni intellektin tətbiqi, prioritet istifadə ssenarilərinin həyata keçirilməsi və ölkədə süni intellekt ekosisteminin inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Həmçinin qısa və uzunmüddətli mərhələlərdə süni intellekt layihələrinin miqyasının artırılması, yerli istedadların inkişafı və ekosistem tərəfdaşlıqlarının formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.