Modern.az

Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq

Bu tuneldə hərəkət qismən məhdudlaşdırılacaq

Aktual

6 Mart 2026, 20:09

Bakı şəhəri, Nərimanov rayonu, Bağırov körpüsünün tunel hissəsində (Koroğlu metro stansiyası istiqamətində) aparılacaq təmizlik işləri ilə əlaqədar olaraq şəbəkə formalı üzlük daşlarının və səki daşlarının yuyulması planlaşdırılır.

Modern.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq 7 mart saat 08:00-dan 8 mart saat 22:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, həmin ərazidə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

Sizə yeni x var
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada