Modern.az

Bu gün İrandan 76 nəfər təxliyə olunub 

Bu gün İrandan 76 nəfər təxliyə olunub 

Aktual

Bu gün, 22:06

Bu gün səhər saatlarından axşam saat 21:00-dək İrandan Azərbaycan sərhədi vasitəsilə ümumilikdə 76 nəfər təxliyə olunub.

Modern.az xəbər verir ki, təxliyə olunanlar arasında 1 nəfər Avstriyanın İrandakı səfiri, eləcə də 8 diplomat yer alıb.

Diplomatlardan 1-i ABŞ, 2-si Yaponiya, 1-i Pakistan, 4-ü isə Avstriya səfirliklərinin əməkdaşlarıdır.

Bundan başqa, 3 nəfər Azərbaycan, 11 nəfər Yaponiya, 5 nəfər Özbəkistan, 2 nəfər Nigeriya və 42 nəfər Çin vətəndaşı da İran ərazisindən Azərbaycan sərhədi vasitəsilə təxliyə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV