Modern.az

Tramp Müctəba Xameneini rədd etdi - REAKSİYA

Tramp Müctəba Xameneini rədd etdi - REAKSİYA

Aktual

Bu gün, 13:20

ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin İranın yeni Ali Lideri seçilməsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, “Fox News”un aparıcısı Brayan Kilmid Müctəba Xamenei İranın yeni Ali Lideri elan edildikdən sonra ABŞ prezidenti Donald Trampla danışıb.

Jurnalistin sözlərinə görə, Tramp Xamenei ilə bağlı suala "mən seçimdən məmnun deyiləm" söyləyib.

Donald Tramp Müctəba Xameneini "yüngül çəkili" şəxs adlandırıb və onun rədd edib. O, əvvəlki liderin siyasətini davam etdirəcək namizədi qəbul etməyəcəyini bir daha vurğulayıb.

Tramp belə bir təyinatın yeni müharibəyə səbəb ola biləcəyini bildirib. O, bir daha ABŞ-ın İranın Ali Liderinin seçilməsində iştirak etməsində israr edib.

Müctəba Xamenei 57 yaşındadır. O, İranın üçüncü Ali Lideridir. Prezident Məsud Pezeşkian onun təyinatını milli birliyin möhkəmləndirilməsi istiqamətində atılan addım adlandırıb.
Müctəbanın atası Ayətullah Əli Xamenei İrana 37 il rəhbərlik edib. O, 28 fevralda Tehrandakı iqamətgahına İsrailin hava hücumu nəticəsində həlak olub. Əli Xamanei 86 yaşında idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...