Modern.az

Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ

Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ

Təhsil

9 Mart 2026, 17:47

Bu gün (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.

Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən  AzEdu.az-a bildirilib ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu