Modern.az

Daha 5 nəfər İrandan Azərbaycana təxliyə olundu - FOTO

Daha 5 nəfər İrandan Azərbaycana təxliyə olundu - FOTO

Aktual

Bu gün, 13:26

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə prosesi davam etdirilir.

Modern.az xəbər verir ki, saat 09:00-dan 13:00-dək ümumilikdə 5 nəfər İrandan Azərbaycan ərazisinə təxliyə olunub.

Təxliyə olunanlar arasında 1 Pakistan, 1 Böyük Britaniya, 1 Almaniya və 2 Azərbaycan vətəndaşı var. Onlar “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Təxliyə prosesi mərhələli şəkildə davam etdirilir.(AzərTac)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...