Ermənistanın səhiyyə naziri Anait Avanesyanın ailəsi ilə əlaqəli olan "Arfarmacia" şirkəti, onun rəhbərlik etdiyi Səhiyyə Nazirliyindən dövlət sifarişləri qazanır.
Modern.az "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, həmin şirkət nazirin anası Marquşa Vardanyana məxsusdur. O, illərdir dərman və tibbi ləvazimatlar tədarük edən "Arfarmacia" şirkətinin 31%-nə sahibdir.
Rəsmi məlumatlara görə, şirkət 2025-ci ildə dövlət büdcəsindən təxminən 14 milyon dram (20 yanvar), 30,6 milyon dram (20 iyul) və 38,5 milyon dram (9 oktyabr) alıb.