Modern.az

Lerikdə 20 kq narkotik aşkarlandı

Lerikdə 20 kq narkotik aşkarlandı

Aktual

10 Mart 2026, 10:44

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 32 yaşlı Qələmşah Qədimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxsdən 20 kiloqram mariuxana aşkarlanaraq götürülüb. Araşdırma zamanı Q.Qədimovun Lerik rayonu ərazisində əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunmasından ötrü deyiləcək ünvanlara çatdırmaq barədə istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə