Modern.az

Pərakəndə ticarət dövriyyəsinin ən çox artdığı 10 rayon - SİYAHI

Pərakəndə ticarət dövriyyəsinin ən çox artdığı 10 rayon - SİYAHI

Aktual

Bu gün, 17:01

2024-cü illə müqayisədə 2025-ci ildə Azərbaycanın rayon və şəhərlərində pərakəndə ticarət dövriyyəsində müşahidə olunan kəskin artım dinamikası açıqlanıb.

Modern.az xəbər verir ki, bir sıra regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ticarət fəallığı dəfələrlə yüksəlib.

Siyahıya ən yüksək artım göstəricisi ilə Xocalı rayonu rəhbərlik edir. Burada ticarət dövriyyəsi 2 milyon 136 min manatdan 11 milyon 49 min manata yüksələrək 8 milyon 913 min manat, yəni 5,2 dəfə artıb. Xankəndi şəhərində göstərici 8 milyon 401 min manatdan 15 milyon 185 min manata çataraq 6 milyon 784 min manat (80,8 faiz) yüksəlib. Kəlbəcər rayonunda isə ticarət dövriyyəsi 5 milyon 843 min manatdan 9 milyon 577 min manata yüksələrək 3 milyon 734 min manat, yəni 63,9 faiz artıb.

Artım dinamikası digər bölgələr üzrə aşağıdakı kimidir:

Ağdərə rayonunda 568 min manatlıq və ya 54,8 faizlik artımla dövriyyə 1 milyon 36 min manatdan 1 milyon 604 min manata çatıb.

Laçın rayonunda 5 milyon 12 min manatlıq və ya 40,3 faiz artımla göstərici 12 milyon 431 min manatdan 17 milyon 443 min manata yüksəlib.

Cəbrayıl rayonunda 8 milyon 143 min manatlıq (37,6 faiz) artımla ticarət dövriyyəsi 21 milyon 630 min manatdan 29 milyon 774 min manata çatıb.

Siyahının davamında Masallı rayonunda 113 milyon 323 min manatlıq (19,9 faiz), Sumqayıt şəhərində 324 milyon 598 min manatlıq (17,2 faiz), Füzuli rayonunda 14 milyon 303 min manatlıq (15,4 faiz) artım qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasında isə ticarət dövriyyəsi 153 milyon 806 min manat, yəni 12,7 faiz artaraq 1 milyard 212 milyon 534 min manatdan 1 milyard 366 milyon 340 min manata yüksəlib. (Fed.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada