2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda "biletim.az" portalı vasitəsilə onlayn qaydada 172 675 bilet əldə edilib.
Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Məlumata görə, 2025-ci ilin ilk 2 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 29 % olubsa, cari ilin eyni dövründə bu rəqəm 42 %-ə yüksəlib.
"Biletim.az" portalında 58 şəhər və rayona, 91 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 355 reys olmaqla 403 nəqliyyat vasitəsi qoşulub.
Rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün vətəndaşlara biletləri onlayn qaydada əldə etmələri tövsiyə olunur.