Modern.az

Polis daha bir tiktokeri saxladı

Polis daha bir tiktokeri saxladı

Aktual

Bu gün, 18:48

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. 

Modern.az-ın məlumatına görə, tədbirlərlə “TikTok”da “privattee.ss” hesabı ilə canlı yayımda təhqiramiz ifadələr səsləndirən 22 yaşlı Solmaz Musayeva saxlanılıb.

Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

Müvafiq qərarla S.Musayeva inzibati qaydada həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada