Modern.az

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı

Aktual

Bu gün, 19:38

Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Dövlət Vergi Xidmətindən Modern.az-a verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 6 milyon 715,7 min manat təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada