Modern.az

Livandakı Azərbaycan diplomatlarının ailələri təxliyə olunur - ÖZƏL

Livandakı Azərbaycan diplomatlarının ailələri təxliyə olunur - ÖZƏL

Aktual

Bu gün, 12:28

İsrail Livan ərazisində “Hizbullah”a qarşı hava hücumu əməliyyatlarını davam etdirir. Əməliyyatlar hazırda quru qoşunları tərəfindən də həyata keçirilir. Əsas hücumların həyata keçirildiyi ərazi Livanın Dahiyə şəhəridir. İranın dövlət mediasının məlumatına görə, ötən gün Livanda İsrailin həyata keçirdiyi hücum nəticəsində dörd iranlı diplomat həlak olub.

Maraqlıdır ki, Livandakı Azərbaycan vətəndaşları hansı vəziyyətdədirlər? Onların həyati təhlükəsi varmı?

Bu sualları Livanda Azərbaycan Evinin rəhbəri Xaled İsmayıla ünvanladıq.

O, Modern.az-a açıqlamasında bildirdi ki, Livanda Azərbaycan vətəndaşlarının sayı çox deyil və onların həyati təhlükəsi yoxdur:

“Azərbaycan vətəndaşları müharibənin getdiyi ərazilərdən uzaqda yaşayırlar. Onların hamısı paytaxt Beyrutun mərkəzində məskunlaşıblar. Azərbaycan səfirliyində üç nəfər işləyir və onların ailələri də burada yaşayır. Bir də əvvəllər Livanda evlənmiş 4-5 azərbaycanlı qadın yaşayır. Ümumilikdə Azərbaycan vətəndaşlarının sayı 15 nəfərdən yuxarı deyil”.

Xaled İsmayıl onu da qeyd etdi ki, Baş konsul Fərhad Quluzadə ötən gün ailəsini Azərbaycana göndərəcəyini deyib:

“Dünən səfirliklə əlaqə saxladım. Onlar ailələrini Azərbaycana göndərəcək, özləri isə burada qalacaqlar. Yəni həyat yoldaşlarını və uşaqlarını göndərəcəklər. Səfir, Baş konsul və səfirliyin maliyyə işçisi qalacaq”.

Azərbaycan Evinin rəhbəri Livanda yaşayan türkmənlərin durumundan da danışdı:

“Türkmən kəndləri əsasən Akkarda yerləşir. Yəni türkmənlər də müharibədən uzaqda yaşayırlar. Onu da deyim ki, İsrail Livanda Dahiyə şəhərini vurur. Dahiyə Beyrutdan uzaqdadır. “Hizbullah”ın silahları olan əraziləri vururlar. Allaha şükür, türkmənlərrdən həyatını itirənlər olmayıb”.

Xaled İsmayıl həmçinin Livandakı məktəblərlə bağlı vəziyyətdən də söhbət açıb: “Məktəblərin hamısı bağlıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xamenei ölməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama