Modern.az

Köç karvanı Qırmızı bazar qəsəbəsinə çatdı - FOTOLAR

Köç karvanı Qırmızı bazar qəsəbəsinə çatdı - FOTOLAR

Aktual

Bu gün, 13:18

Martın 11-də doğma yurduna yola salınan köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

Modern.az xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 81 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

****

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr yurdlarına qovuşublar.

Modern.az xəbər verir ki, Qırmızı bazar qəsəbəsi bu gün 20 ailə olmaqla, 81 nəfərə qucaq açıb.

Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xamenei ölməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama