Modern.az

Antonio Koştanın səfəri başa çatdı - FOTO

Antonio Koştanın səfəri başa çatdı - FOTO

Aktual

Bu gün, 09:02

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda əhaliyə ŞOK ÇAĞIRIŞ - Bu yerlərdən TƏCİLİ ÇIXIN!