Modern.az

1news.az-ın 19 yaşı tamam oldu

1news.az-ın 19 yaşı tamam oldu

Aktual

Bu gün, 10:24

1news.az xəbər portalının fəaliyyətə başlamasının 19 ili tamam olur.

Modern.az xəbər verir ki, sayt fəaliyyəti ərzində ölkədə və dünyada baş verən əsas hadisələri operativ şəkildə işıqlandıraraq Azərbaycanın tanınmış onlayn xəbər platformalarından birinə çevrilib.

Yarandığı gündən 1news.az siyasət, cəmiyyət, iqtisadiyyat, mədəniyyət, idman və beynəlxalq gündəmlə bağlı xəbərləri mütəmadi olaraq təqdim edir. Portal eyni zamanda analitik materiallar, müsahibələr, köşə yazıları və videoreportajlar dərc edərək oxuculara hadisələrə daha geniş baxış imkanı yaradır.

İllər ərzində 1news.az redaksiyasında peşəkar jurnalist və ekspertlərdən ibarət güclü komanda formalaşıb. Məzmun müxtəlifliyi sayəsində sayt həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş oxucu auditoriyası qazanıb.

Bu gün portal inkişafını davam etdirir, informasiyanın təqdimatında yeni formatlar tətbiq edir və oxucular üçün rəqəmsal imkanlarını genişləndirir.

Modern.az həmkarları təbrik edir!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!