Modern.az

Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - Video

Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - Video

Aktual

Bu gün, 11:46

Bakının Nərimanov rayonunda ictimai yerdə yarıçılpaq halda gəzən qadının görüntüləri yayılıb.

Modern.az xəbər verir ki, gənc qadının əynində paltar olmasına baxmayaraq, sinə nahiyəsini açaraq gəzməsi birmənalı qarşılanmayıb.

Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib. Həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olması müəyyən edilib.

Artıq sözügedən şəxs valideynlərinin də razılığı ilə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!