Bu gün - martın 12-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda Agentliyin 2026-cı il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin, eləcə də Agentliyin bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan etdiyi müsabiqələrin nəticələri layihələri yoxlamış müstəqil ekspertlərin rəyləri nəzərə alınmaqla, kollegial müzakirə olunub və nəticələr təsdiq edilib.