Modern.az

İrandan gətirilən portağalda uyğunsuzluq aşkarlandı

İrandan gətirilən portağalda uyğunsuzluq aşkarlandı

Aktual

Bu gün, 18:44

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində “Karvan Agro” MMC-nin İrandan idxal etdiyi istehsalçısı Sajad Babaiee olan ümumi çəkisi 21 min 200 kiloqram portağal məhsulundan nümunələr götürülüb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Modern.az-a verilən məlumata görə, laborator müayinə nəticəsində məhsulda istifadəsinə yol verilməyən rəngləyici maddə - "Sitrus qırmızısı -2" üzrə uyğunsuzluq aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, İranın müvafiq qurumuna Sajad Babaiee istehsalçı müəssisəsindən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Sizə yeni x var
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar