Modern.az

Salyanda iftar süfrəsi təşkil olunub - FOTOLAR

Salyanda iftar süfrəsi təşkil olunub - FOTOLAR

Aktual

Bu gün, 10:14

İftar mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Salyan Rayon təşkilatının sədri Elmar Əhmədov, din xadimləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Modern.az xəbər verir ki, mərasim rayonda fəaliyyət göstərən bölgə nahiyyə qazisi tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb, müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən söhbət açılıb, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhuna dualar oxunub. 

Mərasimdə bu mübarək ayda xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul olunması arzulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar