Modern.az

Paşinyanın "dəcəllikləri" - VİDEO

Paşinyanın "dəcəllikləri" - VİDEO

Aktual

Bu gün, 13:00

Ermənistan Baş naziri Nikol Paşinyan son günlər paylaşdığı videolarla diqqətləri üzərinə çəkməyi bacarıb.

Modern.az xəbər verir ki, Ermənistan Baş nazirinin ölkədaxili və ölkəxarici səfərləri zamanı paylaşdığı videolar geniş müzakirələrə səbəb olmağa davam edir. 

Belə ki, İran-İsrail müharibəsi, qlobal səviyyədə gedən geopolitik və geosiyasi proseslər fonunda Ermənistan Baş nazirinin qayğısız paylaşımları - qarğıdalı, peraşki yeməsi, Gürcüstana səfər zamanı barabanda ifa etməsi, Fransada olarkən alma yeyərək video paylaşması birmənalı qarşılanmır. 

Paşinyanın hərəkətləri bir çox hallarda obraza girmə, siyasi imici üçün PR kimi dəyərləndirilir. Bəziləri isə bunu onun təbii xarakteri olduğunu düşünürlər.

Bir sözlə, Paşinyan kənardan Baş nazirdən daha çox sosial media fenomeni kimi görünür.  

Paşinyanın qeyri-adi görüntülərini təqdim edirik:

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Türkiyəni vurmaq istədi - Raket səmada məhv edildi