ABŞ İranla müharibənin bu qədər davam edəcəyini gözləmirmiş.
Modern.az xəbər verir ki, bunu hərbi və siyasi analitik Elayc Manye "Əl-Cəzirə"yə bildirib.
O, münaqişənin artıq 14-cü günə qədəm qoyduğunu xatırladaraq deyib:
"Düşünürəm ki, bu, çox çətin bir andır, çünki amerikalılar bu müharibənin bu qədər davam edəcəyini, İranın və müttəfiqlərinin reaksiyasını da gözləmirdilər".
"Amerikalılar Yaxın Şərqdəki bütün bazalara dəyəcək ziyanı gözləmirdilər. İranın Hörmüz boğazına qarşı reaksiyasının da bu miqyasda olacağı gözlənilmirdi", - analitik əlavə edib
Onun sözlərinə görə, “Hizbullah”ın Livandan İsrailə hücumları İsrailin hava hücumundan müdafiə sisteminə ciddi təzyiq göstərir.
"Kim ilk göz qırpsa, bu döyüşdə məğlub elan ediləcək", - deyə o bildirib.
"Bu, əlbəttə ki, Trampın istəmədiyi bir şeydir. Amma o, həm də artan daxili təzyiqlə üzləşir".