Modern.az

İlber Ortaylı Qarabağa gəlməyə hazırlaşırmış

İlber Ortaylı Qarabağa gəlməyə hazırlaşırmış

Aktual

Bu gün, 20:26

İlber Ortaylı Mərmərə Qrupu Vəqfinin düşüncə dünyasına inanan və onun tədbirlərində fəal iştirak edən bir fikir adamı idi. O, son 40 il ərzində həm vəqfin tədbirlərində, həm də Avrasiya İqtisadi Zirvələrində etdiyi məruzələri ilə bəşəri dəyərlərimizin gələcəyə ötürülməsinə xidmət edən dəyərli şəxsiyyətlərimizdən idi. Birlikdə Qarabağa getməyə hazırlaşırdıq. O, da həmin yerləri görməyi çox istəyirdi, lakin qismət olmadı.

 

Modern.az xəbər verir ki, bu fikirləri son illərin Türk dünyasının ən dəyərli tarixçilərindən biri olan professor İlber Ortaylının vəfatı ilə bağlı AZƏRTAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver ifadə edib.

 

“Türk tarixşünaslığının aparıcı simalarından biri, akademik və yazıçı İlber Ortaylının vəfatı hər birimizi dərindən sarsıtdı. Uzun illər ərzində elmi tədqiqatları, əsərləri və konfransları ilə tarix elminin cəmiyyətin geniş təbəqələrinə çatmasına mühüm töhfələr verən İlber Ortaylının aramızdan getməsi elm və mədəniyyət dünyasında dərin kədər hissi ilə qarşılandı”, - deyən Akkan Suver vurğulayıb.

 

O, deyib: “1947-ci ildə Avstriyanın Bregenz şəhərində dünyaya gələn Ortaylı Türkiyədə aldığı təhsildən sonra akademik fəaliyyətini əsasən Osmanlı və türk tarixi üzərində cəmləşdirib. Uzun illər universitetlərdə müəllim kimi çalışan Ortaylı yazdığı əsərlər və apardığı araşdırmalarla tarix sahəsinin mühüm simalarından biri idi. Professor İlber Ortaylının vəfatını böyük kədər hissi ilə öyrəndim. O, yalnız tarixçi deyil, eyni zamanda, mədəni həyatımıza istiqamət verən dəyərli bir alim idi. Mərmərə Qrupu Vəqfinin böyük dostu olan Ortaylı ötən 40 il ərzində İstanbulda, Brüsseldə, Parisdə və Ankarada təşkil etdiyimiz saysız-hesabsız tədbirlərdə iştirak edən, fikirləri ilə Türkiyənin aydın simalarından biri idi. O, aprel ayında Bakıda keçiriləcək tarix simpoziumuna da fəxri qonaq qismində dəvət edilmişdi. Lakin, olmadı. Biz onu heç vaxt unutmayacağıq”.

 

Qeyd edək ki, İlber Ortaylı bu gün dünyasını dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?