Modern.az

Qazaxıstanın Bakıdakı səfirliyində səsvermə keçirilir

Qazaxıstanın Bakıdakı səfirliyində səsvermə keçirilir

Aktual

Bu gün, 17:51

Yeni Konstitusiya ilə bağlı referendum çərçivəsində Qazaxıstanın Bakıdakı səfirliyindəki seçki məntəqəsində səsvermə keçirilir.

Modern.az-ın məlumatına görə, bu barədə səfirlik "Telegram" kanalında məlumat verib.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 15:00-a olan məlumata görə, qeydiyyatdan keçmiş 200 seçicidən 135-i səs verib.

Qeyd olunub ki, səsvermədə Azərbaycan ali məktəblərinin tələbələri, beynəlxalq təşkilatların və Qazaxıstan şirkətlərinin əməkdaşları, turistlər, eləcə də Beynəlxalq STEM Olimpiadasında iştirak etmək üçün Bakıya gələn Qazaxıstan məktəblilərinin valideynləri və müəllimləri iştirak edirlər. Bildirilib ki, Qazaxıstanın ibtidai sinif şagirdlərindən ibarət komandası komanda yarışında birinci yeri tutub.

Səfirlik bildirib ki, seçki məntəqəsi Bakı vaxtı ilə saat 20:00-a qədər açıq olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?