Modern.az

Aİ Şurasının prezidentinin Bakı səfərində 3 mühüm məsələ

Aİ Şurasının prezidentinin Bakı səfərində 3 mühüm məsələ

Aktual

Bu gün, 12:21

Martın 11-də  Avropa İttifaqı Şurasının Prezidenti  Antonio Koşta  Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində o, Prezident ilham əliyevlə görüşüb. Tərəflər ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərini müzakirə ediblər. Görüşdən sonra liderlər mətbuata bəyanatlarla çıxış edərək Azərbaycan ilə Avropa İttifaqı  arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikirlərini bölüşüblər.

Bəyanatlarda vurğulanıb ki, son illərdə tərəflər arasında siyasi dialoq və iqtisadi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə inkişaf edib. Eyni zamanda bildirilib ki, qarşıdakı mərhələdə Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və mövcud əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biri olacaq.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev Antonio Koştanın səfərini şərh edib.

Parlamentari qeyd edib ki, Azərbaycanın işğala son qoymaqla yaratdığı yeni status-kvo əsasında qurulan əməkdaşlıq beynəlxalq hüququn bütün subyektləri tərəfindən dəyərləndirilir:

"Birləşmiş Ştatlardan sonra, Avropa İttifaqının da ölkəmizlə məhz bu reallıqları özündə ehtiva edən strateji tərəfdaşlıq qurması Prezident İlham Əliyevin prinsipial və mükəmməl diplomatik fəaliyyətilərinin nəticəsidir.

Bu kontekstdə, Avropa İttifaqı Şurasının Prezidenti Kostanın martın 11-də Bakıya səfəri zamanı əldə edilən razılaşmalar Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir. Üç məqamı xüsusilə vurğulamaq istərdim.

Birinci məsələ, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji xarakterinin bir daha təsdiqlənməsidir. 2022-ci ildə qurulan enerji sahəsindəki strateji tərəfdaşlıqdan sonra Azərbaycan qazını idxal edən Aİ üzvü dövlətlərin sayı 10-a çatıb. Aktual Bakı razılaşmaları əsasında təhlükəsizlik, nəqliyyat, iqtisadi əməkdaşlıq kimi sahələr də bu strateji tərəfdaşlığın ayrılmaz hissəsinə çevrilir.

Bakı və Brüssel “siyasi dialoqu və praktiki əməkdaşlığı daha da dərinləşdirilmək” niyyətindədirlər: Çünki “Strateji əməkdaşlıq bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir".

Deputatın fikrincə, ikinci çox mühüm məqam Avropa İttifaqının “Qlobal Qapı” strateji təşəbbüsü çərçivəsində Azərbaycanla bağlı layihələrin gündəmə gətirilməsidir:

"Xüsusilə Naxçıvanda dəmir yolu şəbəkəsinin modernləşdirilməsinin, TRİPP marşrutu da daxil olmaqla, nəqliyyat əməkdaşlığının genişləndirilməsinin bu strategiyaya daxil edilməsi Azərbaycan hökumətinin planları il üst-üstə düşür.

2021-ci ildə əsası qoyulan bu təşəbbüs Brüsselin infrastruktur, nəqliyyat və iqtisadi əlaqələri inkişaf etdirməyə yönəlmiş, 400 milyard avro məbləğində qlobal miqyasda böyük investisiya strategiyasıdır.

Nəzərə alsaq ki, Mərkəzi Asiya dövlətləri də “Qlobal Qapı” təşəbbüsündə təmsil olunur, ABŞ oradan xüsusi ilə kritik xammalların ixracını Orta dəhliz vasitəsi ilə genişləndirmək istəyir, Azərbaycanın Mərkəzi Asiya məşvərət formatına qoşulmasının, C6-nın uzaq görən strategiya olması bir daha aydın olur.

Bununla məhz Azərbaycan Çinin “Kəmər yol“ təşəbbüsünü Aİ-nın “Qlobal Qapı” təşəbbüsünü əlaqələndirməyin mümkünlüyünü göstərir.

Üçüncü məsələ, “Qlobal Qapı” təşəbbüsü çərçivəsində İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasıdır. Bu Azərbaycan-Aİ münasibətlərinin institutlaşması və sərmayələrin gücləndirilməsinə xidmət edən uzun müddətli strategiya deməkdir".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı