Modern.az

Samuxda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib - FOTOLAR

Samuxda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib - FOTOLAR

Aktual

Bu gün, 14:50

Samuxda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.

Modern.az xəbər verir ki, təbdir Samux şəhərində, Heydər Əliyev prospektində, yeni salınmış Samux İstirahət Parkında Samux Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Firdovsi Əliyev sakinləri Novruz bayramı münasibətilə təbrik edib, bayramın xalqımızın milli-mənəvi dəyərlərini yaşatmaqda xüsusi rol oynadığını vurğulayıb. O, qeyd edib ki, belə tədbirlər rayon ictimaiyyətinin birliyini gücləndirir, mədəniyyətimizi və adət-ənənələrimizi gələcək nəsillərə ötürməkdə böyük əhəmiyyət daşıyır. “Novruz bayramı xalqımızın xoşbəxtlik, sülh və birlik rəmzidir. Biz birlikdə bu bayramın ənənələrini yaşadıb, hər bir sakinimizin sevincini paylaşırıq”, – deyə Firdovsi Əliyev çıxışını tamamlayıb.

Təbdirdə müxtəlif sərgilər təşkil olunub, rayon sakinləri üçün əl işləri və yerli məhsullar nümayiş etdirilib. Həmçinin maraqlı konsert proqramı təqdim olunub, musiqiçilər və ifaçılar xalq mahnıları və milli rəqslərlə rayon sakinlərinin bayram əhval-ruhiyyəsini yüksəldiblər.

Sizə yeni x var
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı