Modern.az

Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Aktual

Bu gün, 14:12

Novruz və Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.

Bununla bağlı RİNN-in qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı