Modern.az

Cəbrayıl şəhərində vətəndaşların müraciətləri dinlənilib - FOTO

Cəbrayıl şəhərində vətəndaşların müraciətləri dinlənilib - FOTO

Aktual

Bu gün, 14:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martın 17-də yeni salınmış Cəbrayıl şəhərində vətəndaşların qəbulunu keçirib. Qəbulda, əsasən, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının sakinlərinin müraciətlərinə baxılıb. Cəbrayıl Rayon Ağsaqqallar Şurasının üzvləri də qəbulda iştirak ediblər.

Modern.az xəbər verir ki, vətəndaşların müraciətlərində, əsasən, Böyük Qayıdışın təşkili, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı müraciətlər təşkil edib. 

Qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması prioritet istiqamətlərdəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərir. Hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərinə ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi vətəndaşların diqqətinə çatdırılıb. Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerində həll olunub, bir sıra məsələlər isə qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

 

Sizə yeni x var
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı