Modern.az

Müctəba Xamenei ABŞ və İsrail üçün hərbi hədəfdir - Con Bolton

Müctəba Xamenei ABŞ və İsrail üçün hərbi hədəfdir - Con Bolton

Aktual

Bu gün, 16:07

Əgər İranın yeni Ali Lideri ölərsə və ya ölkəni idarə etməyə davam edə bilməsə, bu, mövcud sistemin çökməsinə səbəb ola bilər.

Modern.az xəbər verir ki, bunu həmişə İrana və müharibəyə qarşı sərt siyasətin aparıcı tərəfdarı olmuş ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton xarici KİV-ə müsahibəsində bildirib.

"Hamı düşünürdü ki, Ayətullah Əli Xameneinin ölümündən sonra varislik böhranı yaranacaq, çünki inqilabdan bəri yalnız bir varislik olub və o, İslam Respublikasının ikinci ali lideri olub. İndi biz varislik böhranının kəskinləşməsini sürətləndirdik və Müctəba Xameneinin seçilməsi vəziyyətin nə qədər çətin olduğunu göstərir. Əgər Müctəba Xamenei ölərsə və ya ölkəni idarə etməyə davam edə bilməsə, yeni bir varislik böhranı yaranacaq. Bu an hətta avtoritar rejimi də çox tez bir zamanda devirməyə səbəb ola bilər", - Bolton bildirib.

Müctəba Xameneinin artıq təslim olmağı istisna etdiyini və İrana qarşı müharibəyə başladığı üçün qisas alacağını vəd etdiyini nəzərə alsaq, ABŞ və İsrailin nə edəcəyi soruşulduqda, Con Bolton onun hərbi hədəf olaraq qalacağını söyləyib.

"O, hazırda baş komandan və hökumətinin rəhbəri qanuni hərbi hədəfdir. Düşünmürəm ki, bu halda İranın təslim olması nəzərə alınmalıdır; mənim fikrimcə, məqsəd rejimin süqutu olmalıdır və yaxın gələcəkdə ən çox ehtimal olunan nəticə İran ordusunun nizami generallarından ibarət hərbi hökumətin yaradılması olacaq. Təkrar edirəm, İslam İnqilabı Keşikçiləri Korpusundan deyil, ölkədəki bu qeyri-sabit vəziyyətdə nizam-intizamı bərqərar edəcək və sonra İran xalqına gələcək konstitusiya idarəetmə modelini müəyyən etmək üçün məsləhətləşmə prosesində iştirak etməyə imkan verəcək nizami silahlı qüvvələrdən olan generallar. Düşünürəm ki, bu halda onlarla əlaqə qurmaq mümkün olardı", - Bolton deyib.

Sizə yeni x var
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı