Modern.az

Gürcüstanda matəm ELAN OLUNUB

Gürcüstanda matəm ELAN OLUNUB

Aktual

Bu gün, 09:38

Gürcüstan hökuməti Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə əlaqədar olaraq milli matəm günü elan edib.

Modern.az xəbər verir ki, bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya 17 martda vəfat edib. Səhiyyə naziri onun ölümünə böyrək, ağciyər və ürək çatışmazlığının səbəb olduğunu açıqlayıb.

II İlyanın patriarxlığı Gürcüstan Pravoslav Kilsəsinin tarixində ən uzun müddət idi fəaliyyət göstərirdi.

Ölkə daxilində inzibati binalardakı dövlət bayraqları yarıya endirilib.

Gürcüstan Patriarxının cənazəsi bu gün dəfn mərasimi üçün Tbilisidəki Sameba Katedralına qoyulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Verilişləri eyni gündə BAĞLANDI - Zaurlar, Xoşqədəm, Lalə Azərtaş...