Modern.az

Bəzi ərazilərə qar yağır

Bəzi ərazilərə qar yağır

Ölkə

18 Mart 2026, 10:56

Azərbaycanda dağlıq ərazilərə qar yağır, qarın hündürlüyü Şahdağda 7, Qrızda 1 sm-dir.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 18-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Şabranda 8, Qəbələdə 7, Zaqatala və Sarıbaşda (Qax) 6, Qobustan və Balakəndə 4, Astara və Xaltanda 2, Quba, Qusar, İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Naftalan, Yardımlı, Biləsuvar, Lənkəran, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Martın 17-də şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), Zaqatala, Şəki, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV