Modern.az

Yeni dərsliklər hazırlanır

Yeni dərsliklər hazırlanır

Aktual

Bu gün, 11:40

Son 2 ilin mühüm istiqamətlərindən biri də incəsənət təhsilində tədris məzmununun yenilənməsi olub.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda bu gün keçirilən ictimai dinləməsi zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

Nazir bildirib ki, əksər ixtisaslar üzrə tədris proqramları yenilənib.

“Həmçinin bütün ixtisaslar üzrə tədris planları müasirləşdirilib. Eləcə də ilk dəfə olaraq incəsənət məktəbləri üçün fortepiano ixtisası üzrə dərslik hazırlanıb. Bu dərslik incəsənət təhsilində vahid metodoloji yanaşmanın formalaşdırılması baxımından mühüm addım hesab olunur”.

A. Kərimli onu da qeyd edib ki, hazırda digər ixtisaslar üzrə də yeni dərsliklərin hazırlanması istiqamətində işlər davam etdirilir.

"Bizim universitetin mütəxəssislərinin iştirakı ilə dəyərli alimlərimizin, müəllimlərimizin iştirakı ilə fortepiano üzrə dərslik artıq işıq üzü görmüşdür və məktəblərdə tədris olunur. Digər ixtisaslar üzrə tədris vəsaitləri, yəni dərs vəsaitlərinin hazırlanması prosesi sürətlə davam etdirilir" - o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı