Modern.az

Hər 3 incəsənət məktəbindən 1-i tam təmirsizdir

Hər 3 incəsənət məktəbindən 1-i tam təmirsizdir

Mədəniyyət

18 Mart 2026, 11:50

İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 50 incəsənət məktəbi mövcuddur. Onlardan yalnız 11-i öz ərazilərində fəaliyyət göstərir, 39-u isə hələlik digər ərazilərdə fəaliyyətini davam etdirir. 


Modern.az məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə zamanı mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib.

Ümumilikdə 211 məktəbin yalnız 32,7 faizi təmirli vəziyyətdədir. Digər tərəfdən, 33,3 faizi qismən təmirli, 30,9 faizi isə tamamilə təmirsizdir. Qəzalı vəziyyətdə olan məktəblərin payı isə 3,1 faiz təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!