Bakının Suraxanı rayonunda Zığ gölünün ətrafında yerləşən ərazilərdə yeni yaşıllıqlar salınacaq.
Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-dən məlumat əldə edib.
Məlumata görə, gölün ətraf ərazilərində yeni yaşıllıqların salınması və damcılı suvarma sisteminin qurulması ilə bağlı birinci mərhələ üzrə işlərə başlanılır.
İlkin olaraq sözügedən işlərin icrasına 6 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb. ( İqtisadiyyat.az)