Modern.az

Salyanda “Novruz” böyük coşqu ilə qeyd olunub - FOTO

Salyanda “Novruz” böyük coşqu ilə qeyd olunub - FOTO

Aktual

Bu gün, 15:35

Salyan rayonunda xalqımızın ən əziz bayramlarından biri olan “Novruz” böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd olunub.

Modern.az xəbər verir ki, rayon ərazisində təşkil edilən möhtəşəm bayram milli dəyərlərimizin, zəngin adət-ənənələrimizin və mədəni irsimizin təntənəli nümayişinə çevrilib.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, idarə və müəssisə təşkilatlarının nümayəndələri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qədim ənənələrimizin canlandırıldığı bayram tədbiri  Bahar qız və Dədə Qorqudun rayon rəhbərini səmimi qarşılaması ilə başlayıb.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov sakinləri Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək, bayram tonqalını alovlandırıb.

Rüstəm Xəlilov Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, qədirbilən xalqımızın qətiyyətli Ali Baş Komandanı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşmaları, eləcə də Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə bütövləşmiş yurdumuzun hər guşəsində Şanlı Qələbəmizin əbədi bahar gətirdiyi bu əziz bayramın Zəfər ovqatı ilə qeyd edildiyini diqqətə çatdırıb.

Tədbir məkanında qurulan milli üslublu guşələrdə rəsm əsərləri, qədim el sənətkarlığı, xalq yaradıcılığı nümunələri, eləcə də zəngin milli mətbəximizin müxtəlif təamları sərgilənərək iştirakçılara təqdim olunub. Yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkalar təşkil edilib, milli personajların iştirakı ilə bayram tamaşaları, konsert proqramları sakinlərə bayram ab-havası yaradıb.

Çoxəsrlik etnoqrafik milli-mənəvi mədəniyyət irsini, qədim milli adət-ənənələrimizi özündə əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi şənlikdə səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı