Modern.az

Cinayət Məcəlləsinə dəyişiklik edilir

Cinayət Məcəlləsinə dəyişiklik edilir

Ölkə

19 Mart 2026, 17:20

Cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydası hazırlanacaq.

Modern.az xəbər verir ki, məsələ Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib ki, cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV