Modern.az

Bələdiyyə sədri ailəsi ilə birlikdə SAXLANDILDI

Bələdiyyə sədri ailəsi ilə birlikdə SAXLANDILDI

Aktual

Bu gün, 09:58

Türkiyənin Bursa şəhərinin bələdiyyə sədri, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan Mustafa Bozbey saxlanılıb.

Modern.az xəbər verir ki, Bursa prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Bozbey və daha 58 şübhəli barədə saxlanma qərarı verilib.

Məlumata əsasən, saxlanılanlar arasında Mustafa Bozbeyin həyat yoldaşı, qızı, qardaşları və bir sıra iş adamları da var. Bələdiyyə sədrinin evində və bələdiyyə binasında axtarış aparılır.

Prokurorluğun açıqlamasında şübhəlilərin “cinayət təşkilatı yaratma və bu təşkilata üzv olma”, həmçinin “cinayətdən əldə edilən vəsaitlərin leqallaşdırılması” maddələri üzrə istintaqa cəlb olunduğu bildirilib.

İstanbul, Balıkesir və Diyarbakır şəhərlərində də eyni vaxtda əməliyyatlar keçirilib. Bildirilib ki, ittiham olunanlardan 4 nəfəri ölkə xaricindədir və onlar barəsində də axtarış elan olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB