Modern.az

Ararat Mirzoyan və arvadı dəbdəbəli həyat tərzi sürür

Ararat Mirzoyan və arvadı dəbdəbəli həyat tərzi sürür

Dünya

31 Mart 2026, 11:28

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dəbdəbəli həyat tərzi sürür.

Modern.az xəbər verir ki, bu iddia ilə Ermənistan KİV-i çıxış edib.

Red Line teleqram kanalı yazıb ki, Ararat Mirzoyan kifayət qədər dəbdəbəli həyatı ilə seçilir.

"Mirzoyan bahalı paltarlar geyinir: elit Brunello Cucinelli brendindən yun gödəkçə, Avropa onlayn mağazalarında qiyməti 5955 dollar və ya 2 milyon dramdan çox olan jilet və s...”

Bildirilir ki, hakimiyyətə gələnə qədər o, artıq təxminən 112 milyon dram dəyərində elit daşınmaz əmlak almağı bacarmışdı. 

Məlumata görə, 2024-cü ildə Mirzoyanın həyat yoldaşı Qohar Abajyan Almaniyanın Michael Schmidt avtomobil satıcısından 39.405,46 avroya 2024-cü il BMW avtomobili alıb.

"Maraqlıdır, təxminən 4 illik erməni təqaüdçüsünün pensiyası dəyərində jilet geyinən Ararat Mirzoyan nə düşünür: Ermənistanda korrupsiya varmı, yoxsa yox? Yoxsa o, bu jileti kreditlə alıb?", – deyə mətbuat xarici işlər naziri haqda sual edib.

Nazirin Avropada ailəvi istirahətdən çəkilən şəkilləri dəfələrlə erməni sosial şəbəkələrində müzakirələrə səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?