Modern.az

Azərbaycan Avropa ölkələrini geridə qoyub - AÇIQLAMA

Azərbaycan Avropa ölkələrini geridə qoyub - AÇIQLAMA

Aktual

Bu gün, 10:24

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qazaxıstan Respublikasının Dövlət İdarəçilik Akademiyası ilə birgə təlimlərə start verilir. Təlimlər dövlət idarəçiliyində yeni idarəçilik texnologiyalarına həsr olunub.

Modern.az xəbər verir ki, bu fikirləri “Dövlət idarəçiliyində innovativ texnologiyalar” adlı təlim–təcrübə proqramının açılış mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov bildirib.

Onun sözlərinə görə, idarəçilikdə sadə bir düstur var: 

“İmkanlar, idarəetmə və nəticə.Beynəlxalq təşkilatların hesabatlarına əsasən, Azərbaycan nisbətən məhdud imkanlar şəraitində belə olduqca yüksək nəticələr əldə edib və bəzi hallarda bu göstəricilər ölkəni dünya liderləri səviyyəsinə yüksəldib. Şübhəsiz ki, bu nailiyyətlərin əsasını Prezident İlham Əliyevin tətbiq etdiyi müasir və innovativ dövlət idarəçilik texnologiyaları təşkil edir”.

Rektor əlavə edib ki, bu texnologiyalar sırasında sinergetik yanaşma xüsusi yer tutur. 

“Dünyada geniş tətbiq olunan dövlət-özəl tərəfdaşlığı modeli mövcuddur. Azərbaycan bu sahədə daha irəli addım atıb. 2017-ci ildə birinci vitse-prezident institutunun yaradılması və bu vəzifəyə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təyin olunması ilə vətəndaş cəmiyyəti birbaşa dövlət idarəçiliyinə inteqrasiya olunub”.

U.Ələkbərov eyni zamanda qeyd edib ki, Azərbaycanda tətbiq edilən “rezonans texnologiyası” da diqqət çəkir:

“Belə ki, 2004-cü ildə ölkədə sosial-iqtisadi vəziyyətin çətin olduğu, əhalinin mühüm hissəsinin qaçqın və məcburi köçkün olduğu, ərazilərin 20 faizinin işğal altında qaldığı bir dövrdə – bərpa olunan enerji üzrə milli proqram qəbul edildi. Bu qərar uzunmüddətli strateji baxışın nümunəsi idi. Onun nəticələri isə illər sonra özünü göstərdi.

2024-cü ildə Bakıda COP29-un keçirilməsi fonunda Dünya İqtisadi Forumunun enerji keçidi ilə bağlı hesabatında Azərbaycanın mövqeyi bunu bir daha təsdiqlədi. Hesabata görə, Azərbaycan enerji keçidi indeksində 62 bal toplayaraq dünyada 32-ci yerdə qərarlaşıb, bir sıra Avropa ölkələrini geridə qoyub və effektivlik baxımından qabaqcıl mövqelərdə yer alıb”.

Rektor həmçinin vurğulayıb ki, yeni idarəçilik texnologiyalarının öyrənilməsi və tətbiqi xüsusi əhəmiyyət daşıyır:

“Məhz bu məqsədlə Qazaxıstandan gəlmiş yüksək səviyyəli dövlət qulluqçuları üçün iki həftəlik təlim proqramı təşkil olunur. İştirakçılar həm praktiki biliklər əldə edəcək, həm də magistr səviyyəsində təhsil alacaqlar.
Bu təlimlər də öz növbəsində dövlət idarəçiliyində yeni yanaşmaların tətbiqinə töhfə verəcək və gələcəkdə konkret nəticələrini göstərəcək”, - o deyə o fikrini tamamlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB