Modern.az

Bayram günlərində 200 mindən çox sərnişin daşınıb

Bayram günlərində 200 mindən çox sərnişin daşınıb

Aktual

Bu gün, 13:58

Gücləndirilmiş rejimin 12 günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 3157 reys həyata keçirilib, 84 135 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 450-dən çox reys həyata keçirilib.

Bayram günlərində bölgələrə üz tutan vətəndaşların əks istiqamətə rahat gəlişini təmin etmək üçün region avtovağzallarında müvafiq şərait yaradılıb. 19-30 mart tarixlərində bölgə avtovağzallarından müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 18 000 reyslə 116 000-ə yaxın sərnişin daşınıb.

"Biletlər avtovağzalların kassalarından, eləcə də biletim.az portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

Qeyd edək ki, 19-21 mart tarixlərində sərnişinlərin 60%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib. Digər günlərdə bu göstərici 35-40% təşkil edib. Bu da növbəti rekord göstəricidir. Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb", - deyə məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB