Modern.az

Beş ayda Azərbaycandan Ermənistana nə qədər taxıl daşınıb? - AÇIQLANDI

Beş ayda Azərbaycandan Ermənistana nə qədər taxıl daşınıb? - AÇIQLANDI

Aktual

Bu gün, 09:24

Ermənistan son beş ayda dəmir yolu ilə Azərbaycan ərazisindən 23.500 ton taxıl idxal edib.

Daşınmalar dəmir yolu ilə həyata keçirilir: Azərbaycan ərazisindən Gürcüstana, daha sonra Ermənistana.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib.

İqtisadi İnkişaf Nazirliyi 2025-ci ildə Qazaxıstan və Rusiyadan 6600 ton taxıl göndərildiyini açıqlayıb.
2026-cı ildə isə taxıl yükləri yalnız Rusiyadan göndərilib və Azərbaycandan keçməklə Ermənistana çatdırılıb. Bu, ümumilikdə 17000 ton təşkil edib. Dəmir yolu daşımalarının əksəriyyətini buğda təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!