Modern.az

12 aptekdə nöqsanlar aşkarlandı

12 aptekdə nöqsanlar aşkarlandı

Aktual

Bu gün, 12:20

Mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 54 aptekdə yoxlama aparıb.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 12 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!