Modern.az

Müctəba Xameneinin görüntüləndiyi ilk VİDEO

Müctəba Xameneinin görüntüləndiyi ilk VİDEO

Aktual

Bu gün, 08:58

“İran jurnalistinin gündəliyi” adlı Telegram kanalında İranın yeni Ali Lideri Müctəba Xameneinin ilk dəfə görüntüləndiyi video yayımlanıb.

Modern.az xəbər verir ki, kanal yayımlanan videonu belə şərh edib: "Ali baş komandan Ayətullah Seyid Müctəba Xameneinin hərbi otaqda (müharibənin idarəetmə otağında) ilk dəfə görüntülənməsi”.

Kadrlarda Ayətullah Xameneinin hərbçilərin olduğu otağa daxil olduğu görünür. Ekranda “Dimona nüvə reaktoru” yazısı olan interaktiv xəritə əks olunub.

Dimona yaxınlığında İsrailin nüvə silahı proqramı ilə əlaqələndirilən nüvə reaktoru və nüvə tədqiqat mərkəzi yerləşir.

Bundan əvvəl İran artıq Dimonaya zərbələr endirib və müəyyən dağıntılar törədib.

Daha əvvəl ABŞ rəsmiləri, o cümlədən ölkənin yüksək rəhbərliyi, İranın Ali Liderinin sağlamlıq vəziyyəti və hətta həyatda olub-olmaması ilə bağlı dəfələrlə şübhələr ifadə ediblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı